Həbs edilən şəxsi döyən Kadırovun oğluna Çeçenistan Qəhrəmanı adı verilib

Quranın yandırılması işi üzrə həbs edilən Nikita Juraveli istintaq təcridxanasında döyən Çeçenistan rəhbərinin oğlu Adam Kadırov Çeçenistan Respublikası Qəhrəmanı adına layiq görülüb. Bu barədə Dövlət Dumasının deputatı Adam Delimxanov məlumat verib.

O, 15 yaşlı Adam Kadırovu “çox gənc yaşlarından liderlik və təşkilatçılıq keyfiyyətləri nümayiş etdirən, həmişə öz inkişafı üçün çalışan və heç zaman vaxt itirməyən” “son dərəcə səriştəli, hərtərəfli təhsilli və məqsədyönlü gəncin parlaq nümunəsi” adlandırıb.

Delimxanovun yazısında deyilir ki, kiçik Kadırov “idman sahəsində xüsusi uğur qazanıb, qarışıq döyüş növləri üzrə nüfuzlu turnirlərdə bir sıra parlaq və qeyd-şərtsiz qələbələr əldə edib”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ