ABŞ çərşənbə günü Azərbaycanın Qarabağdakı hərbi əməliyyatından cəmi iki gün əvvəl, sentyabrın 17-də İstanbulda Rusiya, Aİ və Amerika rəsmiləri arasında görüşün keçirilməsi barədə xəbərləri təsdiqləyib.
“Turan” agentliyinin Vaşinqton müxbirinin verdiyi məlumata görə, Dövlət Departamentinin sözçüsü müavini Vedant Patel gündəlik brifinqdə görüşün “işçi səviyyəsində” olduğunu və “məxfi” olmadığını bildirib.
“Biz regiondakı maraqlı tərəflər və həmsöhbətlərlə kifayət qədər müntəzəm olaraq əlaqə saxlayırıq və 17 sentyabrda İstanbulda keçirilən görüş xüsusilə təcili humanitar məsələlərin həlli üçün təşkil edilimişdi”, - Patel izah edib.
Onun sözlərinə görə, “ABŞ Cənubi Qafqazda davamlı sülhə nail olmaqda tərəflərə kömək etməyə sadiq qalırıq”.
Münaqişə ətrafındakı vəziyyət haqqında danışarkən, Patel ABŞ-ın “dərin narahatlığını davam etdirdiyini” söyləyib.
“Ermənistan və Azərbaycan arasında dialoq uzun müddətdir davam edən münaqişənin həlli üçün vacibdir”.