İran Azərbaycan və Ermənistan sərhədinə müşahidəçi göndərmək istəyir

İran Ermənistan-Azərbaycan sərhədinə öz müşahidəçilərini göndərməyə hazırdır. 

Bu sözləri İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə deyib.

“Cənubi Qafqaz regionunda gərginliyin saxlanması təkcə Ermənistan və Azərbaycanın deyil, regionun digər ölkələrinin də maraqlarına uyğun deyil”, - Tasnim agentliyi Baqeridən sitat gətirir. “Bu baxımdan İran Ermənistan-Azərbaycan sərhədinə öz müşahidəçilərini göndərməyə hazırdır”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ