Saakaşvili Vardanyanın həbsindən yazdı

Hazırda həbsdə olan Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili Azərbaycan tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikasının dövlət naziri” vəzifəsində çalışmış Ruben Vardanyan və separatçıların “prezident aparatının rəhbərinin müavini” və digər müxtəlif “vəzifə”lərdə işləmiş David Babayanın həbsinə münasibət bildirib.

Gürcü siyasətçi bu barədə öz Facebook hesabında paylaşım edib.

“Ətrafımızda xeyir və şərin qarşıdurması baş verir. Azərbaycan Rusiyanın Ukraynada apardığı müharibəni fəal şəkildə dəstəkləyən Ruben Vardanyanı, eləcə də “Abzaxiya Respublikası və “Cənubi Osetiya Respublikası” ilə əlaqələri inkişaf etdirən “xarici işlər naziri” David Babayanı həbs edib. Qeyd etdiyim işğal olunan ərazilər (Gürcüstanın – red.) öz tərəfdaşlarını itirib, çünki qondarma rejim özünü buraxdığını elan edib”, - deyə Saakaşvili qeyd edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ