Araik Arutunyanın gizləndiyi yer açıqlandı

Qarabağdakı separatçı rejimin keçmiş rəhbərləri Arkadi Qukasyan, Bako Saakyan və Araik Arutyunyan Xankəndini tərk etməyiblər. Hazırda onların Qarabağdan çıxarılması ilə bağlı Azərbaycan tərəfi ilə danışıqlar aparılır. 

Bu barədə TASS separatçılara yaxın mənbəyə istinadən məlumat yayıb.

“Moskva vaxtı ilə saat 11:00-a olan məlumata görə, hər üçü Xankəndindədir. Hazırda Azərbaycan tərəfi ilə danışıqlar aparılır”, - nəşrin mənbəsi bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ