Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Roma Statutunu ratifikasiya etməyə hazırlaşır. Sənəd ratifikasiya olunarsa, Rusiya prezidenti Vladimir Putin Ermənistana səfər edəcəyi təqdirdə İrəvan BCM-nin qərarı ilə onu həbs etməli olacaq. İrəvan Moskvanı əmin edir ki, Putin həbs edilməyəcək.
Ermənistan Rusiyaya bu məsələ ilə bağlı ikitərəfli saziş bağlamaq təklifi göndərib, - Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan bildirib.
Biz Rusiya Federasiyasına ikitərəfli saziş bağlağı təklif etdik ki, Roma Statutu Ermənistan tərəfindən ratifikasiya olunarsa, Rusiyanı heç bir təhlükə gözləməsin.
Yeqişe Kirakosyan
Ermənistanın beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsi
Onun sözlərinə görə, Moskva sazişi imzalamaq istəməsə belə, dövlət başçılarının toxunulmazlığı olduğu üçün Putinin mümkün həbsi ilə bağlı bütün söhbətlər əsassızdır.
Moskvanın reaksiyası
Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, BCM-nin nizamnaməsinin ratifikasiyası İrəvanla Moskva arasında münasibətlərə çox pis təsir göstərcək. Qurumdan bildiriblər ki, İrəvana ratifikasiyanın qəbuledilməz olduğu ilə bağlı mövqe çatdırılıb.
“Moskva hər iki tərəfə uyğun ola biləcək kompromis variantı təklif edib”, - nazirlik bildirib. Eyni zamanda, erməni tərəfinin qarşılıqlı təklifləri nəzərə almadığı iddia edilir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov İrəvanın təklifinin mahiyyətinin nədən ibarət olduğunu jurnalistlərə cavablandırmaqda çətinlik çəkib. O vurğulayıb ki, əgər Ermənistan öz üzərinə beynəlxalq öhdəliklər götürürsə, o zaman “burada onun nəyi üstün hesab etdiyinə baxmaq lazımdır”. Eyni zamanda, Peskov əlavə edib ki, İrəvanın Roma Statutunun ratifikasiya etməsinin lehinə müəyyən arqumenti var.
Ermənistan suveren dövlətdir və biz ümid edirik ki, bu cür qərarlar ikitərəfli münasibətlərimizə mənfi təsir göstərməyəcək, çünki burada söhbət Moskvanın tanımdaığı və üzv olmadığı statutdan gedir.
Dmitri Peskov
Rusiya prezidentinin mətbuat katibi
Ermənistanın mövqeyi
Ermənistan hökuməti iddia edir ki, respublika Rusiyaya qarşı deyil, milli maraqları reallaşdırmaq üçün BCM-in əsasnaməsinin qəbulunu nəzərdən keçirir. Üstəlik, İrəvan müqavilənin mümkün qəbulu ilə bağlı Moskva ilə məsləhətləşmələr apardıqlarını bildirib.
Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, nizamnamənin qəbul edilməsi zərurəti Rusiya-Ermənistan münasibətləri ilə bağlı deyil, Azərbaycanla sərhəddə yaranmış ağır vəziyyətlə izah olunur.
Moskvanın xəbərdarlıqları
Ermənistan 2022-ci ilin sonunda nizamnamənin ratifikasiyası prosesinə başlayıb. 2023-cü ilin yazında Respublikanın Konstitusiya Məhkəməsi beynəlxalq öhdəliklərə qoşulmağı ölkə konstitusiyasına uyöun sayıb.
Sentyabrda İrəvan respublikanın Milli Məclisinə müqavilənin ratifikasiyası haqqında qanun layihəsi göndərib. Rusiya Xarici İşlər Nazirliyi erməni həmkarlarına “bunun Rusiya ilə ikitərəfli münasibətlərə son dərəcə mənfi təsir göstərəcəyi” barədə xəbərdarlıq edib.
Daha sonra Ermənistan tərəfi Rusiya ilə KTMT çərçivəsində müttəfiqlik əlaqələrinin məqsədəuyğunluğunu şübhə altına qoyub. Moskva İrəvanın Rusiyadakı səfiri Arutyunyanı “Ermənistanın bir sıra qeyri-dost addımlar”a XİN-ə çağırıb və nota təqdim edib.
Xatırladaq ki, 2023-cü il martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi Rusiya lideri Vladimir Putin və Prezidentin Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın həbsinə order verib. Daha sonra Kreml xatırladıb ki, Moskva məhkəmənin yurisdiksiyasını tanımır və onun qərarlarını etibarsız hesab edir.