Moskva İrəvanı münasibətlərin pisləşməsi ilə hədələyir

Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etməsi Rusiya ilə ikitərəfli münasibətlər üçün mənfi nəticələrə gətirib çıxaracaq.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

“Erməni tərəfdaşlara ilkin olaraq belə bir mövqe bildirilb ki, Ermənistanın BCM-nin Roma Əsasnaməsini ratifikasiya etməsi bu strukturun Rusiyanın ali rəhbərliyinin həbsinə orderlər verdiyi bir şəraitdə qəbuledilməzdir. İrəvanın ikitərəfli saziş bağlamaq təşəbbüsü nəzərdən keçirilib, Moskva hər iki tərəfi qane edəcək kompromis variant təklif edib. Təəssüflər olsun ki, Rusiyanın təklifi nəzərə alınmayıb, əvəzində isə Ermənistanda Roma Statutunun ratifikasiyası lehinə siyasi qərar verilib. Bu, ikitərəfli münasibətlər üçün ən çox mənfi nəticələrə səbəb olacaq”, - nazirlik qeyd edib.

Rusiya Xarici İşlər Nazirliyi Ermənistan tərəfinin nizamnaməyə qoşulmasının Rusiya-Ermənistan əlaqələrinə təsir etməyəcəyi barədə bəyanatlarının “reallığa uyğun olmadığını” vurğulayıb.

“Rusiya rəhbərliyinin respublikaya səfərini təsəvvür etmək çətindir, xüsusən də hakim partiyadan olan deputatlar [Rusiya prezidenti] Vladimir Putinin Haaqa “femidasının” tələbi ilə həbs olunmasını tələb edəndə”. Moskva ümid edir ki, Ermənistan Milli Assambleyasında Ermənistan-Rusiya münasibətləri üçün açıq-aşkar zərərli olacaq qərara “rezin möhür” vurmayacaq ayıq düşüncəli qüvvələr tapılacaq”, - departament qeyd edib.

Çərşənbə günü Ermənistan parlament komissiyası Roma Statutunun ratifikasiyası ilə bağlı qanun layihəsini təsdiqləyib və baxılması üçün parlamentə göndərib. İrəvan bu addımın Rusiyaya qarşı yönəlmədiyini vurğulayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ