İrəvan Moskvanı Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyası məsələsinin hüquqi həlli üçün ikitərəfli saziş imzalamağa dəvət edib.
Bu barədə Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan bildirib.
O qeyd edib ki, Roma Əsasnaməsi Ermənistan tərəfindən ratifikasiya olunarsa, bu, Rusiyanın qorxularını aradan qaldıracaq.
"Mətn bir neçə ay əvvəl, apreldə təqdim olunub. Biz həmkarlarımızın reaksiyasını gözləyirik", - o deyib.