“Quru və dəmir yolu xətləri ilə Naxçıvan və Azərbaycanın digər bölgələri ilə birbaşa əlaqə qurmağımız münasibətlərimizi daha da gücləndirəcək”.
“CNN Türk” xəbər verir ki, bunu Naxçıvana səfərdən geri dönərkən jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Zəngəzur dəhlizindən danışan Ərdoğan qeyd edib ki, bu güclü bağ sayəsində bir çox məsələdə qət olunan məsafə daha da artırılacaq: “Bu səbəbdən də, tez bir zamanda bu dəhlizin (Zəngəzur dəhlizi – red.) açılması üçün əlimizdən gələn səyləri göstərəcəyik. Türkiyə və Azərbaycan üçün çox önəmli olan bu dəhlizin reallaşması strateji məsələdir və mütləq tamamlanmalıdır. Bu dəhliz açıldıqda Bakıdan yola çıxan avtomobil və yaxud qatar birbaşa Qarsa gələ biləcək. Türkiyə-Azərbaycan qardaşlığı daha çox güclənəcək. İrandan da bu mövzuda müsbət siqnalların gəlməsi sevindiricidir”.