Sentyabrın 23-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Yorkda keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlılarının sayı mövcud vəziyyətə əsasən müəyyən edilir.
“Sülhməramlılarımız indi Qarabağ nümayəndələri ilə Azərbaycan rəsmiləri arasında təmasları asanlaşdırır. Rusiya sülhməramlılarının etimadın möhkəmləndirilməsində rollarının vacib olduğu üçün orada iştirak edirlər”, - Lavrov bildirib.
“Nə qədər vaxt aparacaq, nə qədər sülhməramlı tələb olunacaq - bütün bu məsələlər, yerində həll olunur”, - Rusiya XİN rəhbəri aydınlıq gətirib.