“Qarabağ Azərbaycanın tam nəzarətindədir” - Ruben Vardanyan

“Azərbaycan Qarabağa tam nəzarət edir”.

Bu sözləri Qarabağdakı erməni separatçıların keçmiş liderlərindən biri Ruben Vardanyan “France24” telekanalına müsahibəsində deyib.

“Hesab etmək olarmı ki, bütün Qarabağ Azərbaycanın nəzarətində olan ərazidir?” - deyə jurnalist Vardanyana sual ünvanlayıb.
“Bəli, onlar bölgəyə tam nəzarət edirlər”, - deyə o cavab verib.

Ruben Vardanyanın sözlərinə görə, Qarabağın erməniəsilli sakinləri orada qalmaq istəmirlər və Ermənistana getməyə çalışırlar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ