Sentyabrın 21-də Qazaxıstanın Karaqanda şəhərində İqtisadiyyat, Biznes və Hüquq Kollecinin ərazisində azərbaycanlı və erməni arasında dava olub. Hadisə zamanı erməni gənc bıçaq çıxararaq azərbaycanlıya hücum edib.
Karaqanda vilayətinin Polis İdarəsindən bildirilib, azərbaycanlı yeniyetmə xəstəxanaya yerləşdirilib, ona hücum edən 17 yaşlı erməni isə saxlanılıb. Hazırda ona qarşı Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 106-cı maddəsi ilə “Qəsdən sağlamlığa ağır zərər vurma” maddsəi ilə cinayət işi açılıb.
Faktla bağlı araşdırmalar aparılır.