İrəvanda aksiyada Koçaryanın oğlu saxlanıldı

İrəvanda yenidən hökumət əleyhinə etiraz aksiyası keçirilir.

Etirazçılar paytaxtda bir neçə küçəni bağlayıb. 

Aksiya keçirilən ərazilərə çox sayda polis cəlb olunub. Hökumət binasının qarşısında isə canlı sədd qurulub.

Polis Sarıyan küçəsində etirazçılarla yolu bağlayan müxalif “Ana Ermənistan” partiyasının lideri Andranik Tevanyanı saxlayıb. Ümumilikdə 26 etirazçı polis bölməsinə aparılıb. 

Xatırladaq ki, artıq 3 gündür ki İrəvanda ölkənin Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ