ABŞ Konqresi Zelenskini dinləməkdən imtina etdi

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri respublikaçı Kevin Makkarti Ukrayna lideri Volodimir Zelenskinin ABŞ parlamentinin birgə iclasında çıxış etmək istəyini rədd etdiyini bildirib.

Bu haqda “NBC News” məlumat yayıb.

Onun sözlərinə görə, məşğul qanunvericilik həftəsini nəzərə alsaq, bunun üçün vaxt yoxdur.

Makkarti Zelenskinin artıq qanunvericilərlə görüşdüyünü xatırladıb. O əlavə edib ki, Ukrayna lideri Böyük Britaniya və İtaliya hökumət başçılarının 2023-cü ildə səfəri zamanı eyni şəkildə qarşılanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ