İrəvanda Paşinyanın tərəfdarı maşınını etirazçıların üstünə sürdü - video

İrəvanda vəziyyət kəskinləşir.

Belə ki, Xancyan küçəsində şəhər sakinlərindən biri avtomobilini yolu bağlayan etirazçılara doğru sürüb.

Avtomobili idarə edənin Ermənistan baş naziri Paşinyanın tərəfdarı olduğu ehtimal edilir.

Qəzəbli camaatın cavabı isə özünü çox gözlətməyib.

Bununla bağlı yayılan kadrlarda etirazçıların avtomobilə hücum etdiyi, şüşələrini sındırdığı əks olunub. Videoda, həmçinin avtomobilin etirazçıları yararaq iti sürətlə hərəkət etdiyi və gözdən itdiyi görünür.   

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ