Qarabağda Rusiya sülhməramlılarının olduğu avtomobil atəşə tutulub: Ölənlər var

Sentyabrın 20-də Rusiya sülhməramlı kontingentinin Canyataq kəndi ərazisindəki müşahidə məntəqəsindən qayıdarkən içərisində rus hərbçilərinin olduğu avtomobil kiçik silahlardan atəşə tutulub.

Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, atəş nəticəsində avtomobildə olan rus hərbçiləri həlak olub.

Rusiya və Azərbaycan istintaq orqanlarının nümayəndələri hadisənin bütün hallarını aydınlaşdırmaq üçün yerində işləyirlər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ