Rusiya Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror tədbirlərini öz ərazisindəki fəaliyyət adlandırıb.
Bu barədə Kremlin rəsmi sözçüsü Dmitri Peskov danışıb.
Onun sözlərinə görə, burada söhbət de-yure Bakının öz ərazisindəki fəaliyyətlərindən gedir:
“Bu səbəbdən də, Ermənistan tərəfinin Rusiyanın öz öhdəliklərini yerinə yetirməməsi ilə bağlı ittihamları tamamilə əsassızdır”.