Sülhməramlılar öz tapşırıqlarını yerinə yetirirlər - Slutski

“Rusiya sülhməramlıları Azərbaycanın Qarabağ bölgəsində öz tapşırıqlarını yerinə yetirməkdə davam edirlər”.

Bunu Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri leonid Slutski teleqram kanalında paylaşıb.

O bildirib ki, mövcud şəraitdə sülhməramlılar mülki əhaliyə yardım göstərməklə öz missiyalarını yerinə yetirirlər:

Slutski həmçinin, Qarabağ probleminin sülh yolu ilə həlli üsullarının Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlar toplusunda göstərildiyini də qeyd edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ