Fərhad Əhmədovun vəkili Priqojinin mövqeyini rədd edir - “O, lap əvvəldən sanksiyalara məruz qalmalı deyildi”

Avropa İttifaqı Azərbaycan əsilli rusiyalı biznesmen Fərhad Əhmədova qarşı tətbiq edilmiş sanksiyaları ləğv edib.

Bununla bağlı Pravda.ru saytında da iş adamı ilə əlaqədar material dərc edilib. 

Beynəlxalq hüquqşünasların mövqeyinə görə, bu qərar avropalı məmurların il yarım əvvəl ona qarşı tətbiq edilən sanksiyaları məhkəmədə mübahisələndirən biznesmenə uduzacaqlarından ehtiyat etməsi ilə bağlıdır. 

Belə ki, Əhmədova qarşı sanksiyaların köhnəlmiş məlumatlar əsasında tətbiq edildiyi məlum olub: onu Rusiya dövləti ilə əlaqəli oliqarxlardan biri hesab ediblər, çünki Əhmədov əvvəllər Federasiya Şurasının üzvü-senator olub. Lakin biznesmen “Nortqaz” şirkətindəki payını 2012-ci ildə satıb və Federasiya Şurasını tərk etdikdən sonra Rusiyada heç bir dövlət vəzifəsi tutmayıb. Avropa İttifaqı məmurlarının Fərhad Əhmədovun Rusiyanın yüksək vəzifəli şəxsləri ilə əlaqəli olduğu barədə şübhələri də əsassız olub. 18 ay ərzində Əhmədovun hüquqşünasları məhkəmələrdə və Avropa İttifaqının strukturlarında sübut ediblər ki, sanksiyalar yanlışlıqla, əsassız olaraq tətbiq edilib. Nəticədə ötən həftə Avropa İttifaqı məmurların bu səhvini düzəldib.

Sayt yazır ki, F.Əhmədov da daxil olmaqla bəzi rusiyalı biznesmenlərə qarşı sanksiyaların ləğv edilməsinə dair bu qərar göstərir ki, Avropa İttifaqı əvvəla siyasi təzyiqlər altında o vaxt tələsik qərar çıxarmışdı. İkincisi, Avropa İttifaqının hüquq sistemi sübut bazası olmayan və siyasi təqiblərlə əlaqələndirilən işi hər halda düzgün məcraya yönəldir: “Eyni vaxtda, məlum olduğu kimi Rusiyadan olan bir çox biznesmenlər Qərbin lobbi və hüquq təşkilatlarına müraciət edərək sanksiyaların ləğv edilməsi üçün uğursuz cəhdlər gösərirlər. Lakin əgər sübut olunsa ki, rusiyalı oliqarx Rusiyanın dövlət strukturları ilə əlaqələri sayəsində varlanıb və mənfəət götürüb, o zaman sanksiyaların ləğvi praktiki olaraq mümkün olmur. Bəzi biznesmenlərin sanksiyaların götürülməsi üçün Qərbdə Rusiyanı qınayan bəyanatlar verməsi də nəticəsiz olub.

Bu situasiyanı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çox bariz şəkildə şərh edib və deyib ki, “özlərinə qarşı sanksiyaları ləğv etdirmək üçün alverə girirlər və 12 gümüş pula antirusiya mövqeyinə yuvarlanırlar”. 

Bununla belə, Əhmədov kimi biznesmenləri dəstəkləyən Peskovun mövqeyinə görə, elə sahibkarlar da var ki, öz maraqlarını planlı və metodik şəkildə məhkəmələrdə müdafiə edirlər. “Bu, istənilən sahibkarın hüququdur və biz onlara hörmətlə yanaşırıq”,- Peskov deyib. Onun sözlərinə görə, rusiyalı biznesmenlərə qarşı sanksiya, onların özəl mülkiyyətinin müsadirə edilməsi, maliyyə və digər aktivlərinin dondurulması bütün qanunlara və bütövlükdə beynəlxalq normalara ziddir”.
Ətraflı

Pravda.ru-da gedən materialda bildirilib ki, Fərhad Əhmədov “Nortqaz” şirkətini böhrandan çıxara bilib, baxmayaraq ki, prinsipcə heç kim bunun mümkün olacağına inanmırdı: “Əhmədov dövlətin dəstəyinə arxalanmayıb və hətta “Qazprom” dövlət korporasiyası ilə məhkəmə çəkişməsinə girib.

Rusiyada bazar islahatları başlayandan etibarən öz kapitallarını özləri qazanan biznesmenlər sinfi formalaşıb və onların hamısını “Kremlin agentləri” siyahısına salmaq avropalı məmurların Rusiya biznesinə qarşı yeni “sinfi müharibəsi” demək olardı. Amma Əhmədov da daxil olmaqla bəzi rusiyalı biznesmenlərə qarşı sanksiyaların ləğv edilməsi barədə yuxarıda bəhs olunan qərar ona dəlalət edir ki, Avropada 37-ci illər deyil və gecikmə ilə də olsa, hüquqi mexanizmlər işləyir.

Qeyd etmək lazımdır ki, rusiyalı biznesmenə qarşı sanksiyaların ləğv edilməsi Rusiyada heç də hamını sevindirməyib. Məsələn, məşhur və qalmaqallı musiqi prodüseri İosif Priqojin bu situasiyadan belə nəticə çıxarıb ki, onun Fərhad Əhmədovla internetdə yayılmış telefon söhbəti biznesmenə qarşı sanksiyaların götürülməsinin səbəbi olub. Lakin ekspertlər bu mövqeyi biznesmenə qarşı donos hazırlamaq cəhdi kimi qiymətləndirirlər. 

Dəfələrlə KİV-lərin yazdığı kimi, F.Əhmədov qanunları pozmayıb və məhz buna görə də ona tətbiq edilmiş sanksiyaları götürüblər. Avropa məhkəmələri qanunsuz şəkildə publik məkana ötürülmüş qeyri-rəsmi söhbətləri əsas götürmür. Ona görə də Priqojinin və onun kimilərinin fikirləri indiki situasiyada yersiz şəkildə Rusiya rəhbərliyinə loyallığını nümayiş etdirməyə yönəlmiş miskin cəhddir”. 

ACQUIS hüquq firmasından vəkil Uilyam Jülyenin mövqeyinə görə, Avropa İttifaqı sanksiyaları ilk növbədə məhkəmədə Əhmədova uduzacağından narahat olduğu üçün ləğv edib. Bu, məhz Dmitri Peskovun bəyanatında göstərilən haldır. Əhmədova qarşı sanksiyaların götürülməsi əslində hansısa bəyanatlarla və ya səs-küylü açıqlamalarla bağlı deyil, hüquqi proseduralardan irəli gəlir. 

Fransalı hüquqşünasın sözlərinə görə, sanksiyaların ləğv edilməsi hər şeydən əvvəl Avropa İttifaqı Şurasının rusiyalı biznesmenin iddiası üzrə gözlənilən məhkəmədən gözləntilərindən irəli gəlirdi. Çünki Əhmədov lap əvvəldən bu sanksiyaların təsiri altına düşməli deyildi.

“Fərhad Əhmədovun sanksiyalar siyahısına salınması mühakimələrdə yol verilmiş aşkar səhvlərlə bağlı idi və biz bunu 18 ay ərzində yorulmadan həm Avropa İttifaqının Şurasına, həm məhkəməyə çatdırırdıq. Bu qərarın heç bir hüquqi əsası yox idi və tamamilə qanunsuz idi”,- vəkil bildirib.

Qeyd edək ki, Əhmədova qarşı sanksiyaları əsaslandırmaq üçün göstərilən səbəblərdən biri də onun 2015-ci ildə Türkiyə ilə Rusiya arasında gərginliyin aradan qaldırılmasında vasitəçilik etməsi göstərilirdi. Lakin Əhmədov bu vasitəçiliyi Türkiyənin o zamankı xarici işlər naziri və şəxsi dostu Mövlud Çavuşoğlunun istəyi ilə etmişdi. Yeri gəlmişkən, Çavuşoğlu özü də xarici işlər naziri postunu tərk etməzdən əvvəl Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə Ali komissarı Jozef Borrelə rəsmi məktub yazaraq biznesmen Əhmədovun məhz onun xahişi ilə Rusiya ilə Türkiyə arasında gərginliyin aradan qaldırılmasında  öz əlaqələrindən və nüfuzundan Türkiyənin maraqları naminə istifadə etdiyini təsdiqləyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ