Sentyabrın 1-dən sonra Kadırov cari hadisələrlə bağlı video və ya fotolarda görünmür. Bu müddət ərzində yayımlanan videoların (məsələn, nəvəsi Yusiflə və ya anası ilə görüşdən video) nə vaxt çəkildiyi məlum deyil.
Çeçen hüquq müdafiəçisi və müxalifət lideri Abubakar Yanqulbayev Kadırovun öldüyünü yazıb. O, bu məlumatın heç bir təsdiqini təqdim etməyib.
“Exo Moskva”nın keçmiş baş redaktoru Aleksey Venediktov sentyabrın 18-də səhər saatlarında Kadırovun “tipik ağır böyrək çatışmazlığından əziyyət çəkdiyini” bildirib.
“Ona tez-tez hemodializ lazımdır. Görünür, Mərkəzi Klinik Xəstəxanada baş verənlər budur”, - Venediktovun yazısında deyilir. Mərkəzi Klinik Xəstəxana - Prezident Administrasiyasının Moskvadakı Mərkəzi Klinik Xəstəxanası. “VChK-OGPU” anonim Teleqram kanalı sentyabrın 17-də günortadan sonra yazıb ki, Mərkəzi Klinik Xəstəxanaya Çeçenistan dövlət nömrə nişanlı, avtomobillər ard-arda daxil olurlar.
Sentyabrın əvvəlindən Kadırovun biznes təyyarəsi üç dəfə Moskvaya uçub. Təyyarə Moskvaya sentyabrın 6, 9 və 15-də gedib. Agentlik yazır ki, sentyabrın 17-də axşam saatlarında Çeçenistan rəhbərinin təyyarəsi Moskvadan Qroznıya uçub.
Kreml Kadırovun səhhəti ilə bağlı şayiələri şərh etməkdən imtina edib.
Kadırovun xəstəliyi ilə bağlı şayiələr ilk dəfə deyil.