Azərbaycanlı yeniyetmə mayın 11-də Sankt-Peterburq şəhərinin Buxarest küçəsində “Chevrolet Aveo” markalı avtomobil ilə qəza törədib.
Buta.media-nın məlumatına görə, “Fontanka.ru” xəbər verir ki, onun idarə etdiyi avtomobil mikroavtobusa çırpılıb.
Nəticədə 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb. İnsidentdən sonra maşının sürücüsü hadisə yerindən qaçıb.
Rusiya mətbuatında qeyd olunur ki, qəzanı 17 yaşlı on birinci sinif şagirdi sürücü törədib.
Sosial şəbəkələrdə onun Azərbaycan vətəndaşı olduğuna dair məlumat və foto yayılıb. Belə ki, həmin fotoda maşının ön şüşəsinin üzərinə Azərbaycan bayrağının sərilib, “Chevrolet”in yanında isə həmin yeniyetmə dayanıb. O, statusunda belə yazıb: “Gəncəm, başımla düşünmürəm”.