Qarabağdakı separatçılar Rusiya sülhməramlıları ilə Ermənistana getmək istəyənlərdən 4 min dollar tələb edirlər.
“Əvvəllər bizə deyirdilər ki, insanların keçidinə mane olan Azərbaycandır, indi isə məlum olub ki, Qarabağda sülhməramlılarla birgə fəaliyyət göstərən separatçı rejim günahkardır. Onlar insanlardan külli miqdarda pul alırlar”, - erməni bloger Natali Aleksanyan sosial şəbəkə hesabında yazıb.
Bloger qeyd edib ki, Qarabağda yaşayan dostları ilə əlaqə saxlayıb və onlar bu məlumatı təsdiqləyiblər.
Bununla da, ermənilərin və Qarabağdakı separatçı rejimin “blokada” ilə bağlı yalanları növbəti dəfə ifşa olunub. Azərbaycan heç bir yolu bağlamayıb. Laçın sərhəd-keçid məntəqəsindən hər gün erməni əsilli şəxslərin sərbəst gediş-gəlişi təmin edilir.
İnsanların keçidinə Azərbaycan deyil, Qarabağdakı separatçı rejim mane olur.