Putin Paşinyanın zənginə cavab verməyib

Ermənistanın Baş naziri Nikol Paşinyan ötən həftə Rusiya Prezidenti Vladimir Putinə zəng edib, lakin Kremldə onun zənginə cavab verilməyib.

Bu barədə məlumatı Ermənistanın “Hraparak” qəzeti yayıb. 

Qəzet yazır ki, bunun ardınca Paşinyan Rusiya liderinə geniş məktub göndərib: “Mənbələrimizin məlumatına görə, Paşinyan sözügedən bu məktubda hazırda ölkədə Rusiya əleyhinə baş qaldıran proseslərlə bağlı özünə haqq qazandırmağa çalışıb. Paşinyan bu proseslərin Rusiyaya qarşı olmadığını iddia edib”.

Qeyd olunur ki, Paşinyan bundan sonra Rusiyaya qarşı mövqeyini yumşaltmağa çalışıb.

Məlumatda, həmçinin Paşinyanın sentyabrın 9-u ABŞ Dövlət katibi Entoni Blinken, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Olaf Şolts, İran Prezidenti İbrahim Rəisi və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə telefon danışığı apardığı da vurğulanıb. 

Xatırladaq ki, V.Putin sentyabrın 12-si Şərq İqtisadi Forumunda çıxışı zamanı Paşinyanın ona məktub göndərdiyini açıqlamışdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ