Ərdoğan neçə saat yatdığını açıqladı

“Səhər 9-da işə gəlib, axşam 5-6-da çıxıb evə gedən adam rəhbər ola bilməz”. 

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Külliyesində keçirilən “108-ci Dövr Kaymakamlığı Kursunun Püşkatma Mərasimi”nə qatılarkən deyib.

“Səhər 9-da işə gəlib, axşam 5-6-da çıxıb evə gedən adam rəhbər ola bilməz. Rəhbər olmaq hökumət binasının divarları arasında məhdudlaşdırılacaq bir peşə deyil. Prezident kimi mənim yuxum 5 və ya 6 saatdır. Yoxsa nə millətlə möhkəm münasibət qura, nə də ardınca sevə-sevə, həsrətlə xatırlanacaq bir miras qoya bilərsən”- deyə Türkiyə lideri bildirib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ