Ukrayna daha bir yaşayış məntəqəsini Rusiya işğalından azad etdi

Ukrayna Silahlı Qüvvələri Baxmutun cənubunda yerləşən Andreevkanı azad edib. Bu barədə cümə axşamı, sentyabrın 14-də Telegram-da Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat verib.

Malyar bildirib ki, USQ Baxmut istiqamətində irəliləyir. Şimal cinahında Rusiya qoşunları itirilmiş mövqelərini bərpa etməyə çalışır, cənubda isə ukraynalı döyüşçülər uğurla irəliləyir. Əsas döyüşlər Andreyevka, Kurdyumovka və Kleşçeyevka ərazilərində davam edir.

“Yaxşı xəbərimiz var. Andreyevka bizimdir. Biz mövqelərimizi birləşdiririk”, - nazir müavini bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ