Kreml İrəvanla Bakıya çağırış etdi

“Rusiya Ermənistanla Azərbaycanı təmkinli olmağa çağırır”.

“Sputnik Ermənistan” xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Kreml Bakı və İrəvan arasında gərginliyin azalmamasından, hətta bəzi məntəqələrdə artmağa meyilli olmasından narahatdır.

Peskov, həmçinin qeyd edib ki, Rusiya təhlükəsizliyin etibarlı təminatçısı olaraq qalır: “Tərəflərlə təmaslar davam etdirilir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ