İran Ermənistan və ABŞ-ın təlimlərini tənqid edib

Ermənistan və İran XİN rəhbərləri Ararat Mirzoyanla Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.

Bu barədə məlumatı “Mehr” agentliyi yayıb. 

Məlumata görə, tərəflər söhbət zamanı əsas olaraq Cənubi Qafqazda sabitlik və təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Bununla yanaşı, Abdullahian Ermənistanın öz ərazisində ABŞ ilə birgə “Eagle Partner 2023” hərbi təlimlərini keçirməsi məsələsinə də toxunub. Onun sözlərinə görə, bölgədə xarici qüvvələrin mövcudluğu regional vəziyyəti daha da çətinləşdirir. 

Xatırladaq ki, sentyabrın 11-də başlayan Ermənistan-ABŞ birgə təlimləri ayın 20-nə qədər davam edəcək. Sözügedən təlimləri Rusiyanın da kəskin etirazına səbəb olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ