İrəvan sülh müqaviləsi üzrə dünən Bakıdan yeni təkliflər alıb.
Bu barədə Ermənistan XİN rəhbəri Ararat Mirzoyan parlamentdə bildirib.
O, İrəvanın bundan əvvəl sülh müqaviləsinin mətninə düzəlişlərin 5-ci paketini Azərbaycan tərəfinə təqdim etdiyini xatırladıb.
“Proses gedir, müzakirələr də həmçinin. Təəssüf ki, tərəflərin mövqelərinin hələlik bir-birindən uzaq olduğu vacib məsələlər var”, - Mirzoyan qeyd edib.