“Sputnik Moldova”nın rəhbəri ölkədən deportasiya edilir

“Sputnik Moldova” agentliyinin rəhbəri Vitaliy Denisov ölkədən deportasiya olunur.

“RİA Novosti” xəbər verir ki, bu barədə məlumatı Denisov özü açıqlayıb.

Onun sözlərinə görə, 10 il müddətində Moldovaya girişinə qadağa qoyulub.

Agentlik rəhbəri bildirib ki, Kişineuda miqrasiya xidmətinin əməkdaşları onun evinə gəlib, avtomobilə əyləşdirərək hava limanına aparırlar: “Əşyalarımı yığmağıma, ev heyvanlarımı götürməyə icazə vermədilər”.

Denisov, həmçinin qeyd edib ki, o, ölkənin milli təhlükəsizliyinə təhdid yaradan şəxs olaraq ölkədən çıxarılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ