Corc Buş Priqojinlə fotosundan danışdı: “Sağ qalmışam”

ABŞ-ın sabiq prezidenti (2001-2009-cu illərdə) Corc Buş biznesmen, “Vaqner” ÖHŞ-nin təsisçisi Yevgeni Priqojinlə şəxsən görüşdüyünü biləndə təəccübləndiyini vurğulayıb. Bu barədə “Business Insider” məlumat yayıb.

Buş Priqojinlə görüşü barədə Yalta Avropa Strategiyası konfransında danışıb. ABŞ-ın keçmiş prezidentinə Yevgeni Priqojinin Tver vilayətində təyyarə qəzası nəticəsində ölməsi xəbərinin onu şoka salması ilə bağlı sual veriblər.

“Xeyr, məni şoka salan başqa hadisə oldu. Sankt-Peterburqda G8 sammitindən bir fotoşəkil gördüm ki, orada Priqojin mənə yemək verən adam idi”, - Buş deyib.

O, Priqojini Rusiya prezidenti Vladimir Putinin “aşpazı” adlandırıb və qeyd edib ki, “Vaqner” təsisçisi 2006-cı ildə Sankt-Peterburqda çəkilmiş fotoda iştirak edib.

Buş əlavə edib ki, Priqojinlə şəxsən görüşdüyünü xatırlamır. “Bildiyim bir şey var. Sağ qalmışam”.

Yevgeni Priqojin 2006-cı il iyulun 14-də Vladimir Putinlə şam yeməyi zamanı Corc Buş və onun həyat yoldaşı Laura Buşun ofisiantı olub. 

Yevgeni Priqojinin şəxsi biznes təyyarəsi “Vaqner” ÖHŞ-nin qiyamından iki ay sonra avqustun 23-də Tver vilayətində qəzaya uğrayıb. Qəza nəticəsində on nəfər ölüb: yeddi sərnişin və üç ekipaj üzvü. Rusiya hakimiyyəti qəzada Yevgeni Priqojin və “Vaqner” ÖHŞ-nin komandiri Dmitri Utkinin həlak olduğunu bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ