Ukrayna Sevastopolu vurdu: 24 nəfər xəsarət alıb - video

Ukrayna Silahlı Qüvvələri Sevastopol şəhərini qanalı raketlərdən atəşə tutub. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Zərbələr Orconikidze adına gəmiqayırma zavoduna endirilib.

Rusiyanın Qara Dəniz Donanmasının iki pilotsuz gəmisi zərbə alıb. Hava hücumundan müdafiə sistemləri yeddi qanadlı raketin vurulduğunu açıqlayıb.

Sevastopol şəhərinin meri Mixayıl Razbojayev bildirib ki, 24 nəfər xəsarət alıb.

Onlardan dördünün vəziyyəti ağır qiymətləndirilir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ