“Reuters”: Aİ Fərhad Əhmədova qarşı sanksiyaları ləğv edir

Avropa İttifaqının hakimiyyət orqanları Rusiya qoşunlarının Ukraynaya genişmiqyaslı müdaxiləsi ilə əlaqədar üç nəfərə qarşı tətbiq edilən sanksiyaların müddətini uzatmamaq qərarına gəlib.

Bu barədə “Reuters” diplomatlar arasında olan mənbələrə istinadən xəbər verir.

Onların sözlərinə görə, Aİ investor və milyarder Fərhad Əhmədov, Vahid Sosial Təminat qrupunun direktorlar şurasının sədri Qriqori Beryozkin, həmçinin “Ozon”un keçmiş rəhbəri Aleksandr Şulqinə qarşı tətbiq etdiyi məhdudiyyətləri uzatmayacaq. Onlara qarşı mövcud sanksiyaların müddəti bu həftə, sentyabrın 15-də başa çatır.

“Reuters”in həmsöhbətləri bu qərarın səbəblərini açıqlamayıblar.

Lüksemburqda Avropa Ümumi Yurisdiksiya Məhkəməsi sentyabrda Aleksandr Şulqinə qarşı sanksiyaların ləğvi barədə qərar çıxarıb, çünki Avropa Komissiyası Şulqinin “Ozon” rəhbəri postunu tərk etdikdən sonra nüfuzlu biznesmen olaraq qaldığını sübut edə bilmədi.

Keçmiş rusiyalı senator Fərhad Əhmədov mart ayında internetə məlumat sızdıran musiqi prodüseri İosif Priqojinin ehtimal olunan həmsöhbətidir. Söhbət iştirakçıları Vladimir Putini və onun ətrafını pisləyib, onları “cinayətkar” adlandırıblar.

Agentliyin qeyd etdiyi kimi, Avropa İttifaqı Qriqori Beryozkinin dünya mətbuatında onu barəsində müsbət məlumatlar dərc edildikdən sonra ona qarşı sanksiyaları ləğv etmək qərarına gəlib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ