Zaxarova: “Yaxın vaxtlarda Laçın dəhlizinin də açılacağını gözləyirik”

“Rusiya tərəfindən Qarabağın erməni sakinlərinə ərzaq məhsulları, şəxsi gigiyena vasitələri və yataq dəstlərindən ibarət 15 ton yardım göndərilib”.

Bu barədə Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarovanın Rusiya Qızıl Xaç Cəmiyyətinin Qarabağdakı erməniəsilli sakinlərə göndərdiyi yardıma dair şərhində deyilir.

“Daha əvvəl əldə olunan anlaşma nəzərə alınaraq, yaxın vaxtlarda Ağdam marşrutuna paralel olaraq Laçın dəhlizinin də açılacağını və bundan sonra humanitar yardımın regiona hər iki istiqamətdə müntəzəm şəkildə maneəsiz göndəriləcəyini gözləyirik. Ümid edirik ki, bununla Qarabağda humanitar vəziyyət sabitləşəcək. Bu, öz növbəsində Bakı və Xankəndi arasında dialoqun başlamasına və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üzrə üçtərəfli sazişlərin hərtərəfli icrası üzrə dinamik işin bərpasına şərait yaradacaq”, - məlumatda qeyd olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ