Rusiya Federasiyasında böyrəkləri sıradan çıxan Çeçenistan lideri Ramzan Kadırovun xəstəliyi ilə bağlı müzakirələri davam edir.
İddia olunur ki, Çeçenistan rəhbəri səhhətinin kəskin pisləşməsində respublikanın keçmiş səhiyyə naziri və baş nazirin müavini, əslən azərbaycanlı Elxan Süleymanovun günahlandıra bilər.
VÇK-OGPU Telegram kanalının mənbələri iddia edirlər ki, Kadırovun ətrafı onu zəhərlənmənin sağlamlığına təsir edə biləcəyinə inandırıb, Çeçenistan liderinin özü də bu versiyaya meyl edib.
Çeçenistan prezidenti qəzəbini 2014-cü ildən Kadırovlar ailəsinin şəxsi həkimlərindən biri hesab edilən Süleymanova qarşı çevirib, belə ki, E.Süleymanov şəxsən Kadırova bəzi iynələr vurub.
Qeyd edək ki, Elxan Süleymanov 2022-ci ilin oktyabrında Çeçenistan baş nazirinin müavini vəzifəsindən uzaqlaşdırılaraq yoxa çıxıb.
Mənbələr iddia edir ki, Süleymanov diri-diri basdırıla bilər. “Əgər Kadırov həqiqətən də, Süleymanovu zəhərləməkdə günahkar hesab edibsə, o zaman sonuncunu bir daha sağ görməyə bilərik”.
Elxan Süleymanov əvvəllər sosial şəbəkələrdə aktiv idi, lakin onun İnstaqram səhifəsi ötən ilin payızından yenilənmir. Həkimin tez-tez baş çəkdiyi Moskvadakı tibb müəssisələrində də onu uzun müddətdir görmədiklərini deyiblər.
Bununla belə bəzi mənbələr, Süleymanovun Türkiyəyə köçdüyünü və fəaliyyətini orada davam etdirdiyini açıqlayıblar.