Sobyanin yenidən Moskva meri seçildi

Sergey Sobyanin yenidən Moskva şəhərinin meri seçilib.

Bu barədə məlumatı ölkənin Mərkəzi Seçki Komissiyası yayıb.

Səslərin 100 faizinin hesablanması nəticələrinə əsasən, Sobyanin 76,39 faizini (2 499 114 səs) toplayıb.

İkinci pillədə 8,11 faiz səslə Leonid Zyuqanov, üçüncü pillədə isə 5,61 faizlə Boris Çernışev qərarlaşıb.

Qeyd edək ki, sentyabrın 8-10-u Rusiyanın 85 regionunda şəhər, vilayət rəhbərliyinə və regional parlamentlərə seçkilər keçirilib. Moskvada isə mer seçkiləri təşkil edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ