Medvedev ABŞ-ı 11 sentyabr hadisələrinin təkrarı ilə hədələyib

Rusiyaya və “dost ölkələrə” qarşı sanksiyalar tətbiq edən və Moskvaya silah tədarükünü qadağan edən ABŞ-ın davranışı nüvə ölkələrinin bəzi liderlərinin “əsəblərini tab gətirməməsinə” səbəb ola bilər”.

Bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev səsləndirib.

Onun sözlərinə görə, hər kəs Qərb ölkələrinin və xüsusən də ABŞ-ın “özlərini daima düzgün saymasına” öyrəşib.

“Rusiyaya və bizə dost ölkələrə qarşı qeyri-qanuni sanksiyalar tətbiq etdilər – heç bir problem yoxdur. Qərb düşmənlərimizə istənilən silahı verə bilər. Dostlarımıza isə bunu qadağan edirlər, onları hər cür sanksiyalarla qorxudurlar”, - Medvedev narazıdır.

Onun fikrincə, Birləşmiş Ştatlar bir gün yenidən 2001-ci il sentyabrın 11-dəki kimi terrorçularına hücuma məruz qalacaq. Bu dəfə terrorçular “atom və ya bioloji silah” hücumu həyata keçirəcəklər.

“Və ya daha da pisi: nüvə ölkələrinin liderlərindən birinin əsəbləri tab gətirməyəck və o, kütləvi qırğın silahlarından (KQS) istifadə etmək barədə emosional qərar verəcək”, - Rusiya Təhlükəsizlik Şurasının sədr müavini deyi və əlavə edib ki, “nüvə klubu” daim genişlənir və xeyili iştirakçının heç bir öhdəliyi yoxdur.

Sentyabrın 11-i ABŞ-da 19 terrorçunun 4 sərnişin təyyarəsini qaçırmasından 22 il ötür. İki təyyarə Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin əkiz qüllələrinə çırpılıb, biri Vaşinqton yaxınlığındakı Pentaqonun binasına düşüb, dördüncüsü isə Pensilvaniya ştatında qəzaya uğrayıb. Hücumlara görə məsuliyyəti “Əl-Qaidə” terror təşkilatı öz üzərinə götürüb. 2,9 mindən çox insan terror aktlarının qurbanı olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ