ABŞ və Ermənistan birgə hərbi təlimlər keçirəcəklər

Ermənistan-ABŞ birgə hərbi təlimləri keçiriləcək.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, "EAGLE PARTNER-2023" təlimləri 11-20 sentyabrda Ermənistanda baş tutacaq.

“Beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində 11-20 sentyabr tarixlərində Ermənistanda, sülhməramlı briqadanın “Zar” və Müdafiə Nazirliyinin N saylı təlim mərkəzlərində EAGLE PARTNER 2023 erməni-amerikan birgə təlimləri keçiriləcək”, - nazirliyin məlumatında deyilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ