İstanbulun Arnavutköy və Başakşehir rayonlarında yağan güclü yağış bir çox fəsadlara yol açıb.
Şəhər Valiliyi hadisə nəticəsində iki nəfərin öldüyünü açıqlayıb.
Yağış səbəbiylə bəzi sürücülər yolda çətinliklə irəliləyib. Şəhərdə son 2 saatda 1500-dən çox şimşək çaxıb.
Həmçinin İstanbul Hava Limanına gedən yolda gölməçələr əmələ gəlib və yolda çətinlik yaranıb.
Sel bəzi metro stansiyalarının bağlanmasına səbəb olub.