Paşinyan Moskvanı qəzəbləndirdi

“Ermənistanın Baş naziri Nikol Paşinyanın İtaliya mediasına müsahibəsində Rusiya barədə verdiyi açıqlamaları qəbuledilməzdir”.

Bu barədə TASS-a diplomatik mənbədən məlumat verilib. 

Bildirilir ki, Moskva N.Paşinyanın İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində səsləndirdiyi fikirlərdən son dərəcədə narazıdır:

“Rusiyanı Cənubi Qafqazdan süni şəkildə sıxışdırıb çıxarmaq istəyirlər və bu məqsəd üçün İrəvandan vasitə olaraq istifadə edirlər. Rusiya Ermənistanla təhlükəsizlik və iqtisadiyyat sahələrində münasibətlərini “asılılıq” kimi deyil, bərabərhüquqlu səmərəli tərəfdaşlıq kimi qiymətləndirir. Rusiya Ermənistanın yaxın dostu və qonşusu kimi Cənubi Qafqaz regionunu tərk etmək niyyətində deyil”.

Qeyd edək ki, Paşinyan “La Repubblica” qəzetinə müsahibəsində təhlükəsizlik sahəsində Rusiyadan asılı olmağı səhv adlandırıb. Onun sözlərinə görə, Ermənistan strateji təhlükəsizliyini qurarkən tək Rusiyaya arxalanmamalı idi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ