Putin və Ərdoğan arasında görüş başa çatıb - video

Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında geniş tərkibdə danışıqlar başa çatıb.

Tədbir bir saat yarım davam edib.

14:23

Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan arasında görüş başlayıb. 

Görüş “Rus” sanatoriyasında keçirilir. Danışıqlar ilk olaraq nümayəndə heyətlərinin iştirakı ilə keçiriləcək, daha sonra isə liderlər görüşü məhdud çərçivədə davam etdirəcəklər.

Görüşün əsas müzakirə mövzuları dünya ərzaq təhlükəsizliyi, Qara dənizdə sabitlik, “Taxıl sazişi”nin bərpası ilə bağlı olacaq.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ