“Vaqner” döyüşçüləri Ermənistanda nə edirlər?

“Vaqner” özəl hərbi şirkətinin döyüşçüləri Ermənistandadır və burada görüşlər keçirir.

Bunu Ermənistan Baş Qərargah rəisinin keçmiş müşaviri Vladimir Poqosyan deyib.

Poqosyanın sözlərinə görə, o, şirkətin döyüşçülərinin Ermənistanda hansı məqsədlə olduğunu bilmir, lakin əmindir ki, ““Vaqner” Ermənistana kömək etməyə gəlməyib”.

Poqosyan hesab edir ki, ““vaqnerçilər” Ermənistanda hakimiyyətin zəif olmasından istifadə edərək erməni xalqını baş nazir Nikol Paşinyanı devirməyə və keçid hökuməti yaratmağa sövq etməlidir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ