Koronavirus qayıdır

2023-cü il iyulun 24-dən avqustun 20-dək bütün dünyada təxminən 1,5 milyon COVID-19 yeni yoluxma qeydə alınıb ki, bu da əvvəlki 28 günlə müqayisədə 63% çoxdur. 

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemioloji icmalında deyilir.

“Son 28 günlük dövrdə (24 iyul - 20 avqust 2023-cü il) ÜST-nin altı regionunda koronavirusa 1,5 milyona yeni yoluxma hadisəsi və 2000-dən çox ölüm qeydə alınıb ki, bu da əvvəlki 28 günlə müqayisədə müvafiq olaraq 63% çox və 48% azdır”, - sənəddə deyilir.

ÜST hesab edir ki, hazırkı göstəricilər dünyada testlərin və hesabatların azalması səbəbindən infeksiya nisbətlərini dəqiq əks etdirmir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ