Ərdoğan: Heç düşünmədən bütün imkanlarımızla qardaşlarımızın yardımına gəldik

“Azərbaycanın işğal altında olan torpaqlarını azad etmə mübarizəsində heç düşünmədən bütün imkanlarımızla qardaşlarımızın yardımına gəldik. Beləliklə, azərbaycanlı qardaşlarımızla birlikdə 30 ilə yaxın işğal və zülmdən sonra Qarabağın azadlığa qovuşmasını təmin etdik”.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Müdafiə Universiteti Dəniz Hərbi Akademiyasında məzuniyyət mərasimində çıxışı zamanı bildirib.

O qeyd edib ki, Türkiyənin olduğu bölgədə bir çox münaqişələr davam edir.

Ərdoğan, həmçinin Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra bütün dünyanın gözünün Qara dənizə yönəldiyini də vurğulayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ