Böyük Britaniyanın müdafiə naziri istefa verir

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles vəzifəsindən gedir.

Bu barədə Britaniyanın “Sky News” televiziyası məlumat yayıb.

O, bununla bağlı baş nazir Rişi Sunaka müraciət edib.

İstefanın səbəbi hələ ki, məlum deyil.

Qeyd edək ki, B.Uolles 2019-cu ildə müdafiə naziri təyin olunub.

O, bir müddət əvvəl deyib ki, siyasətdən bezib və vəzifədən getmək niyyətindədir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ