Sankt-Peterburqda dəfn olunan “Vaqner” Özəl Hərbi Şirkətinin (PMC) təsisçisi Yevgeni Priqojininin məzarı insanlar tərəfindən anılmaqda davam edir.
“Shot” Telegram kanalı yazır ki, avqustun 30-da səhər saatlarında Priqojinin arvadı və qızı məzarı ilk ziyarət edənlər arasında olublar.
Xatırladaq ki, avqustun 27-si Rusiyanın İstintaq Komitəsi Y.Priqojinin ölümünü rəsmən təsdiqləyib. Priqojinin təyyarəsi avqustun 23-ü Rusiyanın Tver vilayətində qəzaya uğrayıb. Qəzada 10 nəfər ölüb.