Çeçenistanın rəhbəri Ramzan Kadırov xarici mediada onun öldürüləcəyi barədə məlumatları “feyk” adlandırıb. O, Telegram kanalında qeyd edib ki, bu nəşrlər Rusiya daxilində nifaq salmaq üçün hazırlanıb.
“Bu gün Rusiyadan incimiş yarımçıq politoloqların xarici nəşrlərdə mənim öldürüləcəyimlə bağlı proqnozları heyranedicidir. Təkrarlamaqdan yorulmayacağam və qürurla bir daha deyəcəyəm: mən Rusiyanın Ali Baş Komandanının piyadasıyam”, - Kadırov bildirib.
O, həmçinin Rusiya prezidenti Vladimir Putinin nəticəsi ölüm olsa belə istənilən əmrini yerinə yetirməyə hazır olduğunu bəyan edib.
“Prezidentimizə hörmət məsələsində məndən daha sadiq olan, yeri gəlmişkən, həyatımı ona borcluyam, kiminsə olduğunu bilsəm, qəfil ölərəm”, - Kadırov deyib.