Ukrayna ordusu “Surovikin xətti”ni yardı

Ukrayna ordusu bu yaxınlarda azad edilmiş Zaporojye vilayətinin Rabotino kəndi yaxınlığında “Surovikin xətti” kimi tanınan istehkamları yarıb.

Bu barədə “Bild” nəşrinin hərbi analitiki Culian Röpke X (keçmiş Twitter) sosial şəbəkəsində məlumat verib.

“Çərşənbə axşamı Ukrayna Silahlı Qüvvələri “əjdaha dişləri” formasında maneələri dəf edərək, Verbovoye kəndi istiqamətində hücuma keçib. Döyüş əməliyyatları nəticəsində Ukrayna qoşunları bu müdafiə xəttini yarmağa müvəffəq olub”, - deyə analitik bildirib.

Röpkenin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri həmçinin Novoprokopovka kəndindən iki kilometr şərqə hərəkət edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ