Azərbaycan Fransanın TIR-larını buraxmadı

Fransanın Qarabağda yaşayan ermənilərə göndərdiyi 10 yük maşınından ibarət “humanitar yardım” karvanı Azərbaycan sərhədindən buraxılmayıb.

Bu barədə Ermənistan mətbuatı yazıb.

Qeyd olunur ki, rəsmi Bakı hazırda Azərbaycan-Ermənistan sərhədində olan “humanitar yardım” TIR-larını buraxmamaq barədə qərar verib.

“Azərbaycan Fransadan göndərilən humanitar yardımın Qarabağa daxil olmasına icazə verməyib. Bakı Ağdam-Xankəndi avtomobil yolundan istifadə etməyi təklif edib. Bu barədə mətbuat konfransı zamanı Fransa nümayəndə heyətinin üzvləri də məlumat veriblər”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, “humanitar yardım” TIR-ları Paris meri Ann İdalqonun başçılığı ilə sərhədimizə gəlib. “Humanitar” karvan bundan öncə İrəvanın göndərdiyi TIR-ların yanında yer alıb. Karvanı müşayiət edən Ann İdalqonun rəhbərlik etdiyi nümayəndə heyəti də Azərbaycan sərhədində olub. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ