Rusiyaya genişmiqyaslı hücum: nə baş verir? - video

Avqustun 30-na keçən gecə Rusiyanın Pskov, Bryansk, Oryol, Kaluqa, Ryazan və Moskva vilayətlərinə pilotsuz uçuş aparatları ilə hücum edilib.

Ukrayna ilə sərhəddən 400 km aralıda yerləşən Rusiya Federasiyası Müdafiə Nazirliyinin tabeliyində olan Pskov şəhərindəki hava limanına güclü zərbə endirilib. Partlayışlar saat 23:40 radələrində başlayıb və təxminən iki saat davam edib. Hava hücumundan müdafiə sistemi işə düşüb. Rusiya Federasiyası Müdafiə Nazirliyinin hərbi qulluqçuları atıcı silahlardan istifadə edərək pilotsuz təyyarələri əl ilə vurmağa da çalışıblar.

Qubernator Mixail Vedernikov itkilərin olmadığını bildirib. Dörd İl-76 hərbi-nəqliyyat təyyarəsi zədələnib. Pskovda Rusyia HDQ-nin 76-cı qvardiya hava-desant hücum diviziyası yerləşir. “The Moscow Times” xəbər verir ki, 76-cı diviziyanın hərbçiləri Buçanın işğalında iştirak ediblər.

Hava limanı ən azı avqustun 31-dək bağlı qalacaq. Pskovda təhlükəsizlik qüvvələrinin əməkdaşlarının hərbi silahlarla gücləndirilmiş xidmət rejiminə keçirilməsini nəzərdə tutan “Edelveys” planı tətbiq edilib.

Eyni zamanda, Rusiya Federasiyasının Müdafiə Nazirliyi Bryansk vilayətində üç pilotsuz təyyarənin vurulduğunu açıqlayıb. “Baza” yazır ki, dronlardan biri digərləri ilə yanaşı, “İskəndə”r və “Pantsirlər” üçün komponentlər istehsal edən Rusiyanın ən böyük mikroelektronika müəssisəsi sayılan “Kremniy EL” zavoduna düşüb. Zavodun 16-cı korpusunda yanğın olub. Daha iki pilotsuz təyyarə “Drujba” neft bazasına hücum etməyə cəhd edib. Qubernator Aleksandr Boqomaz deyib ki, heç kim xəsarət almayıb.

Avqustun 30-na keçən gecə Rusiya Federasiyasının Müdafiə Nazirliyi Oryol vilayətində vurulan pilotsuz təyyarə barədə məlumat verib. Qubernator Andrey Klıçkov iki pilotsuz təyyarənin vurulmasını açıqlayıb, xəsarət alanların və itkilərin olmadığını qeyd edib.

Bundan əlavə, idarə Kaluqa və Ryazan vilayətlərində təyyarə tipli dronları məhv edildiyi bildirilir. Kaluqa vilayətinin qubernatoru Vladislav Şapşa bildirib ki, bir pilotsuz təyyarə boş neft çəninə düşüb. “Dzerjinski” rayonunda PUA neft məhsullarının saxlanılması üçün boş çənə dəyib. Nəticədə yanğın baş verib. Yanğın tez bir zamanda lokallaşdırılıb”, - Şapşa sosial şəbəkələrdə yazıb və əlavə edib ki, heç kim xəsarət almayıb.

Daha bir pilotsuz təyyarə Moskva vilayətinin Ruza rayonu ərazisi üzərində vurulub.

Bundan başqa, Tula vilayətində də partlayış baş verib. Həmçinin rayonda “Kovyor” planı tətbiq edilib - səmada arzuolunmaz uçan cisimlər görünsə, elan edilir.

Sevastopol qubernatoru Sevastopol körfəzi ərazisində dənizdən pilotsuz təyyarənin hücumunu dəf olunduğunu bildirib.

Pilotsuz təyyarələr Pskov hava limanını vurduqdan və Bryansk üzərində partlayışdan sonra Rusiya hakimiyyəti Tula və Moskva vilayətinin bir hissəsi üzərində hava məkanını bağlayıb. Gecə saatlarında orada iki dəfə “Kovyor” rejimi tətbiq edib, bu da səmada arzuolunmaz uçan cisimlər göründükdə və ya belə obyektlərin təhlükəsi yarandıqda elan edilir. Həmçinin, Moskvanın Vnukovo və Domodedovo hava limanları bir müddətlik bağlanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ