Rusiyada FTX-nın helikopteri qəzaya düşüb. Göyərtədə olanların hamısı ölüb

Rusiyanın Çelyabinsk vilayətində FTX-yə məxsus Mi-8 helikopteri qəzaya uğrayıb. TASS-ın fövqəladə hallar xidmətinə istinadən verdiyi məlumata görə, helikopter Prudnı kəndi yaxınlığındakı meşəyə düşüb. Təyyarədə üç nəfərdən ibarət ekipaj olub, onların hamısı həlak olub. Qeyd edilir ki, Mi-8 təlim uçuşunda idi.

RİA Novosti-nin məlumatına görə, qəzaya səbəb helikopterdəki nasazlıq olub.

Çelyabinsk vilayətinin qubernatoru Aleksey Teksler də Mi-8-in qəzaya uğraması nəticəsində 3 nəfərin öldüyünü bildirib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ